backend

OQTAY ƏSƏDOV MİLLƏT VƏKİLİNƏ SƏVİYƏSİZ DEDİ, ARA QARIŞDI...- Rarlamentdə qalmaqal

OQTAY ƏSƏDOV MİLLƏT VƏKİLİNƏ SƏVİYƏSİZ DEDİ, ARA QARIŞDI...- Rarlamentdə qalmaqal
Milli Məclisin növbəti nöbədənkənar sessiyasında parlament sədri ilə Zahid Oruc arasında mübahisə yaranıb

Qaynarxett.az gununsesi.info-ya istinadən xəbər verir ki, Zahid Oruc müzakirələr zamanı Britaniyanın Avropa Birliyindən çıxması məsələsi barədə mövqeyini ortaya qoydu. Onun bu mövqeyi parlament sədri tərəfindən narazılıqla qarşılandı. Parlament sədrinin millət vəkilinin mövqeyinə reaksiya verməsi əks reaksiya ilə qarşılandı. Millət vəkili parlament sədrinin reaksiyasına sərt cavab verdi. Bundan sonra məsələ daha da qızışdı. Nəticədə pralment sədri Zahid Orucu özünü apara bilməməsəndə ittiham etdi. “Zahid Oruc, özünü apara bilmirsən. Özünü aparmaq qabliyyətin yoxdur. Yerindən danışma. Bundan sonra sənə danışmağa imkan verməyəcəyəm.”

Z. Oruc səbəbini soruşduqda parlament sədri onu səviyyəsizlikdə ittiham edərək bildirdi ki, qabliyyətini gördüm. “Özünü səviyyəsiz aparırsan” , -deyə Oqtay Əsədov qeyd edib.