backend

ORTADA HƏLƏ HEC NƏ YOXDUR - ATƏT-dən Qarabağla bağlı Bəyanat

ORTADA HƏLƏ HEC NƏ YOXDUR - ATƏT-dən Qarabağla bağlı Bəyanat
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriyu mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda çıxış ediblər.

APA xəbər verir ki, həmsədrlər tərəfləri birgə bəyanatda qeyd edilmiş razılaşmalara hörmət etməyə çağırıblar.

"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq. Biz həmçinin prezidentlərin son iki görüşünün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Qaynarxett.az