backend

Həmkarları gizli eşq yaşayan şairi topa tutdu: “Əri bilsə, başını kəsər” - BİABIRÇILIQ

Ərli qadınla sevgili olan şair Yavəs Türksəsin sosial şəbəkədə paylaşdığı statuslar şairin həmkarlarını qəzəbləndirib.


Publika.az-a açıqlama verən həmkarları onu “yıxıb-sürüyüblər”.
Həmkarları gizli eşq yaşayan şairi topa tutdu: “Əri bilsə, başını kəsər” - BİABIRÇILIQ

Şair Anar Vəziroğlu bunu “biabırçılıq” adlandırıb: “Bizim milli, dini dəyərlərimiz var, azərbaycanlıyıq. Get, qıraqda beş arvad saxla, bunun kimə nə dəxli var, amma açıq-aşkar şəkildə bunu elan edib özünü öymək lazım deyil. Heç olmasa elə et ki, bunu qonşun, qohumun, qardaşın, ailən, uşağın bilməsin. Bu, ən azı övladlarına, həyat yoldaşına hörmətsizlikdir. Hesab edirəm ki, bu biabırçılıqdır. Tək o xanım deyil e, istənilən qadına aiddir, əri bilsə, başını kəsər”.


Şair Pünhaqn İsmayıl evli kişinin ailəli qadınla eşq yaşamasının düzgün olmadığını deyib: “Yafəs bir dəfə də efirə çıxıb bunu camaata elan eləmişdi ki, ailəli qadınla sevgiliyəm. Söz yox ki, şairlər sevgilərə tez-tez tuş gəlirlər. Eşitdiyimə görə o qadının əri bu sevdadan xəbərdar idi, hətta gərginlik də yaşanmışdı. Sən get xalqın arvadına sev, hələ üstəlik sosial şəbəkədə bunu camaata bəyan elə, vallah adam utanar belə şeydən. Bəs abır-həya, mentalitetimiz? Bu, çox pis örnəkdir, cavanlar ondan yaxşı nə götürəcək? Fikirləşəcəklər ki, elə arvadı evdə qoyum, gedim kiminsə xanımı ilə eşqbazlıq edim. Mən qəti şəkildə belə eşqbazlığın əleyhinəyəm”.


Şair Aydın Xan Əbilov fikrini klassik misra ilə əsaslandırdı: “Aldanma şair sözünə, əlbəttə yalandır. Zaman-zaman belə sevgilər gizlin saxlanılıb, çünki Azərbaycan Şərq ölkəsidir, milli dəyərlərimiz var. Əslində sevgi bir dəlilikdir. Amma evli kişi ilə ailəli qadının sevgili olması qəbuledilməzdir. Bunu sosial şəbəkədə ya efirdə elan etmək düzgün deyil. Qadın kimisə sevirsə, ərindən ayrılsın. Ümumiyyətlə, hər iki tərəf evlidirsə, boşansınlar gedib birgə yaşasınlar. Yoxsa ki, birinin arvadı var, o birinin əri. Olmaz belə”.