backend

Tanınmış yazıçıdan SƏRT SÖZLƏR: “Ağdaşlılar dəli olub”

Tanınmış yazıçıdan SƏRT SÖZLƏR: “Ağdaşlılar dəli olub”

Əslən Ağdaşdan olan tanınmış yazıçı Xeyrəddin Qoca Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə yayılan xəbərə münasibət bildirib.


O, Publika.az-a belə deyib: “Kənd camaatı dəli olub. Nə ruh, nə cin, nə şeytan. Bunlar hamısı cahil adamların uydurmasıdır. İki-üç nəfər xəstə təfəkkürlü adam qara paltar geyinib düşüblər kəndin içinə. Cəlil Məmmədquluzadənin əsərlərindəki personajlardır, 100 ildə dəyişən yalnız kostyumumuz olub. Təfəkkür dəyişməyib. 67 yaşım var, bu ruh var idisə, mənim gözümə niyə görünmür?”


Qeyd edək ki, kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, qeyri-adi varlıqlar ötən gecə yenidən görünüblər. Hətta onları görən bir qadın özündən gedib. Qəribə varlıqlar yenə də həyətlərə girərək gəziblər.

Sakinlərin sözlərinə görə, üzü saqqallı və çox hündür olan bu varlıqları tutmaq üçün polis bu gecə kənddə əməliyyat keçirəcək. Kənd sakinlərinə axşam 22:00-dan sonra küçəyə çıxmamaq tapşırılıb.

Qaynarxett.az