backend

Azərbaycan millisinin futbolçusu Yerevan ermənisinin klubuna keçdi - ŞOK

Azərbaycan millisinin futbolçusu Yerevan ermənisinin klubuna keçdi - ŞOK
Azərbaycan millisinin futbolçusu Pavel Paşayev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək

Politika.Az xəbər verir ki, o, Ukraynanın "Stal" klubu ilə 2 illik müqavilə bağlayıb. Köhnə adı Dneprodzerjinsk, indiki adı Kamenskoe olan şəhərin təmsilçisinə cinah müdafiəçisi havayı başa gəlib. Çünki Pavel fevralda "Qəbələ"yə keçəndə yarım illik müqavilə bağlamışdı.

Qeyd edək ki, atası azərbaycanlı olan, lakin Ukraynada doğulmuş 28 yaşlı futbolçunun bu ölkədə çıxış təcrübəsi mövcuddur. O əvvəllər Ukraynada "Dnepr", "Krivbass", "Karpatı", Zaporojye "Metallurq"unda çıxış edib.

Lakin bir əmma var. Millimizdə 3 oyuna, "Qəbələ"də isə 1 matça çıxmış və daha çox ehtiyatda qalmış Pavel Paşeyevin çıxış edəcəyi budəfəki klubun sahibi Ukrayna vətəndaşlığı olan Yerevan ermənisi Vardan İsraelyandır. Təsadüfi deyil ki, ötən mövsümü VIII pillədə başa vurmuş "Stal" klubunda 3 erməni - Qor və Edqar Malakyan qardaşları, eləcə də Ukrayna ermənisi Artur Danielyan çıxış edir.

İsraelyanın yerlipərəst olması bununla da kifayətlənmir. "Stal"ın 21 yaşadək komandasının (U-21) baş məşqçisi də erməni Yeqişe Melikyandır. "Stal"ın U-19 komandasında isə Armen Ohanisyan çıxış edir. İndi İsraelyanın Paşeyevi millimizin düşərgəsinə asanlıqla göndərib-göndərməyəcini zaman göstərəcək.