backend

Xamneyinin ölüm xəbəri yayıldı - TƏCİLİ

Xamneyinin ölüm xəbəri yayıldı - TƏCİLİ
İranın Ali dini lideri, neçə vaxtdır ağır xəstə olan ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb

Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın “Debka” saytı “Ərəb Körfəzi regionu sosial mediasına” istinadən yayıb, eyni zamanda bunun rəsmən təsdiqlənməyən məlumat olduğu vurğulanıb.

Daha sonra Türkiyənin hökumətə yaxın “Yeni Şafak” qəzetinin müxbiri Yılmaz Bilgen də özünün Twitter bloqunda Xamneyinin vəfatı barədə məlumat aldığını yazıb. Lakin dini liderin vəfatı barədə xəbərlərə İran hələlik şərh vermir.

Əli Xamneyi 1939-cu ildə anadan olub, milliyətcə azərbaycanlıdır. Neçə vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və məlumatlara görə yataq xəstəsi idi. İranda dini lider ən ali hakimiyyət səlahiyyətlərinə malik şəxsidir və silahlı qüvvələrin baş komandanıdır.(virtualaz.org)