backend

Prezident Azərbaycan xalqından üzr istədi

Prezident Azərbaycan xalqından üzr istədi

"Ancaq etiraf edirik ki, bizə yanlış informasiya verilib. Şübhəsiz, rəqibimizə və bütün Azərbaycan xalqına hörmət edirik. Odur ki, yaranan anlaşılmazlığa görə təəssüflənir və həm klubdan, həm də Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bu səhv iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə xələl gətirməyəcək”.



Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Kəpəz” – “Daçiya” oyunu ərəfəsində Moldova klubunun rəsmi saytında oyunun keçiriləcəyi “Dalğa Arena”nın yerləşdiyi Mərdəkanın erməni adına bənzədilməsi böyük səs-küyə səbəb oldu. Bununla bağlı, Gəncə klubu “Daçiya”ya rəsmi etiraz məktubu ünvanladı.

Qaynarzett.az xəbər verir ki, oyunun başlamasına 4 saat qalmış moldovalılar məktuba cavab verib. Klub rəhbərliyi yaziyla bağlı “Kəpəz” klubundan və bütün Azərbaycan xalqından üzr istəyib.

Məktubda deyilir:

“Daçiya”nın adı heç vaxt təxribatlarda hallanmayıb. Biz Bakıya buna görə gəlməmişik. Ancaq etiraf edirik ki, bizə yanlış informasiya verilib. Şübhəsiz, rəqibimizə və bütün Azərbaycan xalqına hörmət edirik. Odur ki, yaranan anlaşılmazlığa görə təəssüflənir və həm klubdan, həm də Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bu səhv iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə xələl gətirməyəcək”.

“Daçiya” klubunun prezidenti Adlan Şişxanovun şəxsi üzrxahlığı:
“Mən, Adlan Şişxanov, “Daçiya” futbol klubunun prezidenti olaraq, mətbuat xidmətimizin buraxdığı kobud səhvə görə dərin təəssüf hissimi bildirirəm. Bütün Azərbaycan xalqından və “Kəpəz” klubunun azarkeşlərindən üzr istəyirəm. “Daçiya” heç vaxt idmanı siyasətə qatmayıb. Kobud səhvə görə bizi bağışlamanızı xahiş edirəm”.
Prezident Azərbaycan xalqından üzr istədi
Prezident Azərbaycan xalqından üzr istədi