backend

İstanbul Hava Limanında dəhşətli terror - Təcili

İstanbul Hava Limanında dəhşətli terror - Təcili
Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib

Bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

Qaynarxett.az