backend

Təcili !!! ISTANBUL FACIƏSI - 32 ölü, 88 yaralı: partlayış anı - Video

Təcili !!!  ISTANBUL FACIƏSI -  32 ölü, 88 yaralı: partlayış anı - Video

İstanbul Atatürk Hava Limanında partlayış baş verib.

Axar.az xəbər verir ki, Xarici Xətlər Terminalında baş verən partlayış nəticəsində yaralıların olduğu bildirilib. Hadisə yerinə çoxlu polis, yanğınsöndürmə və səhiyyə briqadası cəlb edilib.

Hava limanının giriş və çıxışı bağlanılıb.

Hadisənin terror aktı olduğu bildirilib.

00:17

Atatürk Hava Limanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 40-ı yaralanıb.

01:21

İstanbuldakı partlayışda ölənlərin sayı 28-ə, yaralıların sayı isə 60-a yüksəlib.

***

Ən son məlumata görə, ölənlərin sayı 32 nəfərə yüksəlib, 88 yaralının olduğu bildirilir.