backend

SON DƏQİQƏ: Cəbhədə ağır döyüşlər gedir

SON DƏQİQƏ: Cəbhədə ağır döyüşlər gedir
“Bu gün ordu artilleriya və zirehli avtomobillərin dəstəyi ilə Debaltsevo istiqamətində hücum edib. Rəqibin mövqeləri Loqvinovo yaşayış məntəqəsinə doğru dörd kilometr irəli çəkilib. Loqvinovo “Luqansk Xalq Respublikası”nın məsuliyyət zonasıdır. Döyüş hazırda davam edir”, - “Müdafiə Nazirliyi”nin nümayəndəsi qeyd edib.

O, əlavə edib ki, həlak olan və yaralılar haqqında informasiyalar hələlik yoxdur.

Qaynarxett.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimin “Müdafiə Nazirliyi”nin nümayəndəsi Eduard Basurin bildirib.

Xatırladaq ki, Debaltsevo şəhəri 2015 il yanvar-fevral aylarında Ukraynanın şərqində gedən müharibənin episentri olub. Ukrayna ordusunun hissələri burada separatçılar və Rusiya ordusunun mühasirəsinə düşüb. Donbas müharibəsində ən ağır məğlubiyyətlərdən birini alan Ukrayna ordusu yüzlərlə hərbçisini itirib.