backend

İNANILMAZ ŞOK!!! Rəhim Qazıyev ATV-nin altını üstünə cevirdi - Vüqar Qaradağlının ürəyi getdi…

İNANILMAZ ŞOK!!!  Rəhim Qazıyev ATV-nin altını üstünə cevirdi - Vüqar Qaradağlının ürəyi getdi…
Dünən ATV kanalının efirində əsl kuryoz hadisə baş verib

Politika.az xəbər verir ki, kanal rəhbərliyi “Ana xəbər” buraxılışını izlərkən efirdə keçmiş müdafiə naziri Rəhim Qazıyevin danışdığını görüb şok keçirib. Məlum olub ki, ATV-nin gənc əməkdaşları bulvarda sorğu keçirərkən tanımadıqları (yazıqlar şou əhlindən özgə kimi tanıyırlar ki…?!) Rəhim Qazıyevdən də müsahaibə alıblar. Və bu da efirə verilib. Qazıyevin ATV kanalında görünməsi isə böyük səs-küyə səbəb olub. Dərhal “yuxarıdan” gələn zənglə möhkəm danlanan kanalın rəhbəri Vüqar Qaradağlı gecəykən teleşirkətə gəlməli olub. Redaktor heyətini toplayan Qaradağlı onları danlayıb. O, baş verənləri özünə qarşı qəsdən hazırlanmış təxribat adlandırıb. Bundan sonra gərginlik daha da artıb. Qəfil səhhəti pisləşən Vüqar Qaradağlı axşam saat 12 radələrində Təcili Tibbi Yardım da çağırılıb.

Bu gün isə ATV-də geniş tərkibdə iclas keçiriləcəyi və dünənki “ÇP” ilə bağlı bir sıra əməkdaşların işdən çıxarılacağı gözlənilir.

Qaynarxett.az