backend

TƏCİLİ: Böyük müharibə başlayır - RƏSMİ BƏYANAT

TƏCİLİ: Böyük müharibə başlayır - RƏSMİ BƏYANAT
“Rusiya “NATO-nun hərəkətlərinə cavab” adı altında Ukrayna ilə böyük müharibəyə hazırlaşır”

Politika.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi, Milli Strateji Tədqiqatlar İnstitutunun direktoru Vladimir Qorbulin “ZN.ua” saytı üçün yazdığı məqaləsində qeyd edib.

“Rusiya həqiqətən müharibəyə hazırlaşır. Bizim sərhədlərimizdə vəziyyət daha həyəcanlıdır. Məsələn, Belqorod vilayətində Rusiya yeni bir baza tikir (Ukrayna sərhədinin 25 kilometrliyində) tikir və daha bir köhnə sovet hərbi bazasını bərpa edir. 2016-cı ilin mayında məlum oldu ki, Rostov vilayətində təxminən 10 min nəfərlik yeni motoatıcı diviziyanı açacaqlar. Bryansk vilayətinə 28-ci motoatıcı briqada göndərilib. Bütövlükdə Rusiya 3 yeni diviziya yaradır - ikisi Qərb hərbi dairəsində, biri isə Cənub hərbi dairəsində. Hər diviziya təxminən 10 min nəfərdir”, - Qorbulin yazıb.

Bundan başqa, ekspert qeyd edir ki, Rusiya Krımda hərbi qruplaşmanı gücləndirir: “2015-ci ildə Rusiya yeni hərbi texnikanın 200-dən çox vahidini Qara dəniz donanmasının arsenalına verib. Bütün bu güclərin toplanması sonsuza qədər davam edə bilməz. Nəzərə alaq ki, şərq sərhədləri (Qərb hərbi dairəsinə qoşunların bir hissəsi oradan göndərilir) zəifləyir. Rusiya bunu “NATO-nun güclənməsinə cavab vermək” ehtiyacı ilə izah edir. Amma əsaslandırılmış qorxular var ki, bu güclər tamamilə başqa hədəflər üçün hazırlanır”.

Prezidentin məsləhətçisinin sözlərinə görə, hərbi qulluqçular və hərbi texnikanın Ukrayna sərhədlərinə cəmlənməsinin yalnız “əzələ nümayişi” olduğu barədə fərziyyələrə ciddi yanaşmaq çətindir: “Biz aydın şəkildə anlamalıyıq ki, Ukrayna üçün Rusiya tərəfindən hərbi təhlükə heç vaxt aradan qalxmayacaq”.

Dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Rusiya prezidenti Vladimir Putinin “Ukraynada münaqişənin daxili xarakteri” haqqında bəyanatına cavab verib.

Onun sözlərinə görə, Ukraynada daxili münaqişə yoxdur və elan edilməyən müharibə var. Turçinov qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə əlaqədar sübutları Vladimir Putinin saytında tapmaq olar. O, nümunə olaraq göstərib ki, Putin Ukraynanın şərqində müharibədə iştirak edən Rusiya hərbçilərinə general rütbələrinin verilməsi barədə bu ilin iyununda fərmanlar imzalayıb.

Xatırladaq ki, Vladimir Putin bu həftə səfirlər və Rusiya daimi nümayəndələrinin müşavirəsində Ukrayna böhranının nizama salınması üçün Donetsk və Luqansk “xalq respublikaları” ilə rəsmi Kiyevin birbaşa dialoqunun qaçılmaz olduğunu bildirib.

QAYNARZETT.AZ