backend

İlham Əliyevin qara dəftərində olan icra başçıları - siyahı

İlham Əliyevin qara dəftərində olan icra başçıları - siyahı
Etimadını icra başçılarının işdən çıxarılması yaxın günlərdə də davam edəcək

Ramazan bayramından sonra hakimiyyətin qara siyahısında olan icra başçıları postlarını itirəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, ən çox şikayət daxil olan rayonların icra hakimiyyətinin başçıları ilk növbədə yola salınacaq: “Prezident Administrasiyasına, eləcə də başqa mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan şikayətlərini monitorinqinə əsasən etimadını itirmiş icra başçılarının siyahısı müəyyənləşib. Bu siyahıya daxil olan icra başçıları yaxın vaxtlarda yeniləri ilə əvəzlənəcək”.

Mənbə ən çox şikayət daxil olan və yerli əhalinin kəskin narazı qaldığı rayon icra hakimiyyəti başçılarının adlarını da açıqlayıb.

-Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, 2006-cı ildə təyin edilib;
-Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 2005-ci ildə təyin edilib;
-Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, 2006-cı ildə təyin edilib;
-Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, 2006-cı ildə təyin edilib;
-Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, 2007-ci ildə təyin edilib.
- Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, 2009-cu ildə təyin edilib.


Qaynarxett.

az