backend

SON DƏQIQƏ: XƏTAİDƏ ĞÜCLÜ YANGIN - Avtomobil yolları müvəqqəti bağlayıb

SON DƏQIQƏ: XƏTAİDƏ ĞÜCLÜ YANGIN - Avtomobil yolları müvəqqəti bağlayıb
Bakının Suraxanı və Xətai rayonlarının sərhədində, Köhnə Günəşlinin aşağı hissəsində yanğın baş verib.

Qaynarxett.az Lent.az-a istinadən məlumat verir ki, İnqilab İsmayılov küçəsi yaxınlığında, “Dərə” adlanan ərazidə toplanmış məişət tullantılarının və qurumuş otun yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb.

Əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları yanğının miqyasının genişlənməsinin qarşısını alıb və ərazidə müvafiq tədbirlər görülüb.
Yanğın zamanı ərazidə qatı tüstü yayıldığından polis əməkdaşları yaxınlıqdan keçən avtomobil yollarını müvəqqəti bağlayıblar.