backend

BURASI O DUNYANIN İLK PİLƏKƏNİ... İlahi, burada da RUŞBƏT? -FOTO

BURASI O DUNYANIN İLK PİLƏKƏNİ... İlahi, burada da RUŞBƏT? -FOTO












Sosial şəbəkədə istifadəci ƏDALƏT YUSUBOV bir yazı paylasıb. Ğeniş oxucu kütləsi ücün maraq kəsb edəcəyini nəzərə alıb onu təqdim edirik:

"Bu gün , üç aylq fasilədən sonraxəstə müayinəsi məqsədilə yenə dəMilli Onkologiya Mərkəzindəyəm.İlk baxışda kənardan hər şey qaydasında görünür. Adama elə gəlir ki, ürək yaxan, yalnız ağrıların şiddətindən zarıyan xəstələrin vəziyyətidir. Müayinə kabinetlərindən keçdikcə və xəstələrin ah naləsini, qarğışlarını eşitdikcə isə vəziyyətin dəyişdiyini müşahidə edirsən.

Xəstə var ki, tapdığı arzuolunmaz xəstəlikdən yana illərdir ki, buranın daimi "sakinidir" və hər ay buranın xidmətlərindən istifadə etmək zorundadır. Həyat mücadiləsi verən bu insanları ümid yeri kimi seçdikləri məkanda daha ciddi mənəvi və maddi cəzaya məhkum edirlər.
Bu mərkəz dövlət xəstəxanası olsa da, onkoloji xəstələrin müalicəsi üçün kifayət qədər dövlət vəsaiti ayrılsa da bütün müayinələr və müalicələr pulludur.
Pulun yoxdursa, istiqamətləndirici onkoloq həkimin qəbuluna düşə bilməzsən, qan analizi, rentgen, USİ və sair müayinələrdən keçə bilməzsən.
Pulun yoxdursa, Dioqonostika Mərkəzinin dəhlizində yıxılıb ölsən də, heç kəs sənə diqqət kəsilən deyil.

Adam, buradakı insan selindən , göz görə görə həyatlarının son zamanlarını yaşayan ağır xəstələrinciblərinin ağ xalatlılar tərəfindən soyulmasından dəhşətə gəlir.
Nə qədər şərəfsiz olmalısan ki, belə ağır xəstələrin hesabına var dövləttoplamaq fikrinə düşəsən.
Ancaq biləndə ki, bu mərkəzin prezidenti İLHAM ƏLİYEVİN dayısı Cəmil Əliyevdir, düşünürsən ki, burada baş verənlər hamısı təbii "qanunauyğunluqlardır". Burada dövlət qanunları deyil, Cəmil Əliyevin müəyyənləşdirdiyi qaydalar hakimdir.

Tanış bir həkimin dediyinə görə, yoxlama məqsədilə mərkəzə təşrif buyuran və baxış zamanı boş palatalara işarə edərək, boş olmasının səbəbini soruşan səhiyyə naziri Oktay Şirəliyevə Ç. Əliyevin cavabı çox sərt olmuş, onları sənin üçün saxlamışam. Yaxın vaxtlarda bura səni uzadacağam deyərək, onu mərkəzdən qovmuşdur.

Naziri ilə belə ötkəm davranan "arxalının" xəstələrə olan münasibəti "anlaşılandır", bəlkə də........

P. S. Nədənsə, bura mənə Azərbaycanda insanların adı baxışdan bir birini anladıqları yeganə MİLLİ "düşərgə" təsiri bağışladı.
Burada hamı eyni cür düşünür və danışır. Hətta hamının xəstəlikləri də oxşardır. ALLAH ŞƏFA VERSİN."


Qaynarxett.az

BURASI O DUNYANIN İLK PİLƏKƏNİ... İlahi, burada da RUŞBƏT? -FOTO
BURASI O DUNYANIN İLK PİLƏKƏNİ... İlahi, burada da RUŞBƏT? -FOTO
BURASI O DUNYANIN İLK PİLƏKƏNİ... İlahi, burada da RUŞBƏT? -FOTO