backend

Bu iki millətə nifrət edirəm - Jirinovski

Bu iki millətə nifrət edirəm - Jirinovski
Avropanın çempionatının final matçında Portuqaliya yığmasına azarkeşlik edəcəm.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Liberal-Demokratik Partiyasının sədri Vladimir Jirinovski bildirib.

"Fransa və Almaniya arasında keçirilən oyuna baxırdım. Mən hər iki millətə nifrət edirəm. Biri Napaleon, digəri Hitlerə görə. Onlar bizim ölkəmizi yandırdılar. Biz Almaniyanı bombalamır, Parisi yandırmırdıq. Ancaq onlar bizi qarət etdilər. Portuqallar isə daha zərərsizdirlər. Portuqaliya tək Avropa ölkəsidir ki, bizimlə müharibə etmək istəmirdi. Fransızlarla görüşdə Portuqaliyaya azarkeşlik edəcəm", - Jirinovski qeyd edib.