backend

Aqil ABBAS:"TƏRBİYƏSİZLİK... "

Aqil ABBAS:"TƏRBİYƏSİZLİK... "
Bəzi saytlar zəng eləyirlər, hətta yalvarırlar ki, hansısa bir məsələyə münasibət bildirim. Mən də nəhayət, xətirlərinə dəyməyib münasibət bildirirəm. Seçib içindən elə bir fikri manşetə çıxarırlar ki, kontekstdən çıxarılmış bir fikri, adam özü də məəttəl qalır. Və sonra da müəyyən adamlar, faydasız insanlar yazını oxumadan həmin fikri müzakirəyə çıxarır, təhqirlər, böhtanlar. Necə ki «Azadlıq radiosu»na verdiyim müsahibədə bildirmişdim ki: «Kəndliyə torpaq veriblər, getsin soğan əksin, nə istəyir əksin, ailəsini dolandırsın». Başlığa da çıxarmışdılar ki, Aqil Abbas deyir ki, getsinlər soğan əksinlər. Azərbaycanda it-qurd qalmadı məni sosial şəbəkələrdə təhqir eləməsin.

İndi hörmət elədiyim bir sayt, hörmət elədiyimə görə adını yazmıram, telefon açıb bir məsələyə münasibət öyrənmək istəyib. Mən də xətirlərinə dəymədim, fikrimi bildirdim. Və mənim dediklərimin içindən elə bir sözü başlığa çıxarmışdılar ki, oxuyan başlığı oxuyub, yazını oxumasa mənə söyəcəkdi də. Düzdür, tez dəyişdilər.
Dostlar, belə reytinq yığmaq əl açıb küçədə dilənməkdən də pisdi.

Və belə eləyirsiniz deyin deputatlar və yaxud tanınmış şəxslər suallarınıza cavab vermək istəmir ey!

Qaynarxett.az