backend

TƏCİLİ: ERMƏNISTANDA ZƏLZƏLƏ - Ölkəgə əsl xaos

TƏCİLİ: ERMƏNISTANDA ZƏLZƏLƏ  - Ölkəgə əsl xaos

“Dağlıq Qarabağ münaqişəsi ətrafında fəal danışıqlar gedir və biz Ermənistanda 1997-ci ildəki vəziyyətlə yenidən üz-üzəyik”.

Politika.az xəbər verir ki, bu barədə Ermənistanın “Çorort İşğanutsyan” (dördüncü hakimiyyət) qəzeti yazıb.

Qəzet qeyd edir ki, 1997-1998-ci ildə hərbi xunta (Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanını nəzərdə tutur) hakimiyyətin Qarabağı satdığını iddia edərək, dövlət çevrilişi edib: “Lakin Ter-Petrosyanın rəhbərlik etdiyi iqtidarın məqsədi heç də Qarabağı satmaq deyildi. Hərbi xunta isə bu iddia ilə dövlət çevrilişi edib hakimiyyətə gəldi. Onlara hakimiyyət öz var-dövlətlərini artırmaq, dövlət büdcəsi hesabına zəngin olmaq üçün lazım idi. Nəticədə 18 il ərzində Ermənistan Burkina-Fasodan (Qərbi Afrikada yerləşən bu ölkədə yoxsulluq dəhşətli hal alıb) da pis vəziyyətə düşdü. Əhalinin sayı sürətlə azalmağa başladı. Ermənistan beynəlxalq səviyyədə yoxsul, aciz ölkə kimi qəbul olunur. Ordudakı silahlar 80-ci illərdən qalmadır. İndi “Qarabağı saxlamaq üçün” adı altında yenidən 97-ci ildəki proseslər qayıdır. İnanıram ki, “xilaskar” üçün bir çox sənədə imza atacağıq”.
TƏCİLİ: ERMƏNISTANDA ZƏLZƏLƏ  - Ölkəgə əsl xaos
Qəzet qeyd edir ki, Levon Ter-Petrosyanı “Qarabağ oyunu” ilə devirən xunta indi Sarkisyanın rəhbərliyi altında yenidən bu oyuna əl atır.

“Xunta öz hakimiyyətini qorumaq üçün “onlar olmasa Qarabağı satacaqlar” məsələsini yenidən ortaya atıb. Burada məqsəd indiyə qədər qazandıqları var-dövləti qorumaq və hakimiyyətdə qalıb daha çox varlanmaqdır. Həmin hərbi xunta saray çevrilişindən qorxur. Buna görə də xalqı Qarabağ ətrafında birləşdirərək, tarixi oyunu yenidən oynayır”, - deyə qəzet yazıb.

Məqalədə bildirilir ki, artıq əvvəlki vəziyyət deyil və əksər insanlar hərbi xuntanın oyununu yaxşı anlayır.

Qaynarxett.az