backend

SON DƏQİQƏ: YENƏ QANLI TERROR - Azı 84 nəfər ölüb, 120-dən çox yaralı var (Yenilənir)

SON DƏQİQƏ: YENƏ QANLI TERROR - Azı 84 nəfər ölüb, 120-dən çox yaralı var (Yenilənir)
Son məlumatlara görə, Fransadakı terrorda ölənlərin sayı 84-ə,yaralıların sayı isə 120-ə çatıb

Ölən və yaralananlar arasında rus turistlər də var. Fransada Nitsada törədilən terror aktında azərbaycanlıların xəsarət alıb-almaması haqda məlumatları dəqiqləşdirir.

Azərbayacanın Xarici İşlər Nazirliyindən də verilən məlumata görə, yerli hakimiyyət orqanları ilə araşdırma aparılır.

Fransanın cənubundakı Nice şəhərində, 14 İyul Bastiliya Günü qeyd edilən zaman, Promenade Des Anglais küçəsində saat 22.30 radələrində bir yük avtomobili camaatın üzərinə sürülüb.

Atəşfəşanlığı izləyən insanların içərisinə 90 kilometr/saat sürətlə girərək təxminən 2 kilometr məsafə qət etdiyi bildirilən yük avtomobilinin altında qalan və üzərinə atəş açılan ən azı 80 insan həyatını itirib.

Fransa mətbuatı terrorçunun 31 yaşında Nice-da yaşayan bir Tunisli olduğunu iddia edib.

FÖVQƏLADƏ HAL UZADILIB

Fransa Prezidenti Fransua Holland, hadisədən sonra verdiyi açıqlamada “Nazirlərimizlə yeni tədbirlər gördük, 10 min əsgər və polis qüvvələrinin səfərbər edildiyi əməliyyatlar davam edəcək. 26 İyulda sona çatdırılması planlaşdırılan fövqəladə hal 3 ay daha uzadılmışdır” deyib.

Hadisədə 77 nəfərin öldüyünü açıqlayan Holland, hücumu təşkil edən terrorçunun istifadə etdiyi yük avtomobilində başqalarının da olduğu iddialarına dair olaraq, “Hazırda hücumu təşkil edənin yanında başqaları olubmu bilmirik” açıqlamasını da verib.

Holland, səhər təhlükəsizlik və müdafiə şurasının iclasının keçiriləcəyini də açıqlayıb.

YÜK AVTOMOBİLİNDƏN SURSAT VƏ BOMBA ÇIXIB

Terrorçunun istifadə etdiyi yük maşınından əhəmiyyətli miqdarda silah, sursat və bomba çıxıb.

Teror aktında ölənlərin sayı 80 nəfəri keçib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.
“İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb”, – deyə məlumatda bildirilir.