backend

Türkiyədə hərbi çevriliş cəhdi 42 nəfərin ölümünə səbəb oldu

 Türkiyədə hərbi çevriliş cəhdi 42 nəfərin ölümünə səbəb oldu
Ölənlər arasında bir qiyamçı general da öldürülüb
Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alınıb. İstanbul Atatürk hava limanında mətbuat üçün brifinq verən prezident Ərdoğan çevriliş cəhdinin qarşısının alındığını bildirib. Ancaq bununla belə sabah saatlarında hələ də bəzi hərbi hissələrin müqavimət göstərdiyi bildirilirdi.

Xüsusən də Ankarada hərbi hava qüvvələrinin bəzi hissələri çevrilişçiləri dəstəkləməkdə davam edirdi. Sabah saatlarında hələ də Ankara üzərində uçuşlar davam edirdi. Bir neçə dəfə bir neçə dəfə TBMM binası bombalandığı eşidilirdi.

Baş nazir Binali Yıldırım çevriliş cəhdi edən 130 hərbçinin saxlanıldığı, baş verən toqquşmalarda isə bir çevrilişçi generalın öldürüldüyünü açıqlayıb. İlkin məlumatlara görə, çevriliş tərəfdarları ümumilikdə 46 general və zabit olub. İçərisində generalların da olduğu heyət ölkənin 81 vilayətinə hərbi komendantlar təyin edib. Ancaq bu komendantların bir qismi həbs olunub.

İstanbulda çevriişin qarşısı tez alınsa da, Ankarada gərginlik sabaha qədər davam edirdi. Hərbçilər sabaha yaxın CNN Türk və Kanal-D telekanallarının yerləşdiyi binanı ələ keçirsə də, sonradan kanal azad edilib və yayına davam edib.

Gələn son bilgilərə görə, qarşıdurmalarda 42 nəfər öldürülüb. 17 nəfər Polis Xüsusi Təyinatlılarının təlim mərkəzinə hava zərbələri zamanı öldürülüb. Bundan başqa iki nəfər mühafizəçi hərbçilərin Türksat binasına hücumu zamanı atışmada öldürülüb. Ancaq Baş Qərargahda ilk olaraq baş verən silahlı qarşıdurmada nə qədər adamın öldüyü məlum deyil. İlk atışma Baş Qərargahda başlayıb. Bundan başqa qiyamçıların tərəfində olan bir hərbi helikopter vurularaq salınıb. Ancaq bununla belə qiyamçılar tərəfində olan qırıcı sabaha qədər uçuşlarını davam etdirib və ara-sıra bomba atıb.

Bundan başqa ilkin məlumatlara görə, qiyamçı hərbi pilotlar prezident Ərdoğanın qaldığı Marmarisdəki otellə yanaşı Ankarada Prezident Sarayını, MİT binasını, Xüsusi Təyinatlı Polis İdarəsinin binasını, TBMM binasını və daha bir neçə hökumət binasını havadan bombalayıb. MT binası və Baş Qərargahda xüsusilə ciddi toqquşmalar baş verib.

Sabah saat 4 radələrində Ankara mərkəzində toplanan xalq polislə birlikdə Baş Qərargah ərazisinə daxil olub. Bundan əvvəl isə ilk olaraq TRT-nin binasına daxil olan xalq kütlələri əsgərləri oradan çıxarıb.

Gələn bilgilərə görə, qiyamda Türkiyə ordusunun Jandarma Qüvvələri və hərbi hava qüvvələrində vəzifə tutan zabitlər iştirak edib. Digər hərbi birləşmələr qiyama qarışmayıb. Bundan başqa Etimesqut bölgəsində yerləşən Zirehli Texnika hərbi birləşməsinin də qiyama dəstək verdiyi bildirilir. Baş nazir Yıldırım hərbi hava qüvvələrinə Ankara üzərində uçan qiyamçı qırıcıları vurmaqla bağlı təlimat verildiyini bildirib.

Baş Qərargah rəisi Hulusi Kılıcın harada olduğu bilinmir. Daha əvvəl baş nazir və MİT sözçüsü Akarın vəzifəsi başında olduğunu desə də, prezident hələ də baş qərargah rəisindən xəbər olmadığını deyib.

Hulusi Akarın harda olduğu, gizlədildiyi, yoxsa girov saxlanıldığı bilinmir. Malatyada isə 2-cü ordu komandanı çevriliş cəhdi edib. Malatya ordu komandanlığı qərargahında silah səsləri və toqquşma baş verdiyi haqda bilgilər gəlib. Maraqlıdır ki, 1-ci ordu komandanı ordu generalı Ümid Dündar rəhbərlik etdiyi ordu içərisində bir qrupun çevrilişi dəstəklədiyini deyib. Ancaq hakimiyyətə yaxın sosial şəbəkələr 1-ci ordu komandanını çevrilişə dəstək verməkdə ittiham edib.

Prezident Ərdoğanın hava limanındakı çıxışından da belə məlum olur ki, həbslər daha geniş dairəni əhatə edəcək və daha yüksək rütbəli zabitlər də həbs olunacaq. Çünki prezident yüksək rütbəli şəxslərin də məsuliyyət daşıdığını bildirib.

Orduda ciddi təmizliyin aparılacağını da əlavə edib. Bu isə bu prosesin sonunda çox sayda ordu komandanlarının cəzalandırılacağı və ordudan uzaqlaşdırılacağı gözlənilir. Ümumulikdə isə bu uöursuz qiyam cəhdi Türkiyə ordusunun artan nüfuzuna böyük zərbə vurdu. Hökumət ordu üzərində təzyiqi daha da artıracaq və ordu əvvəlki qədər dövlətdəki təsir gücünü itirəcək.