backend

TƏCİLİ: Türkiyədə yüksək vəzifəlilər saxlanıldı - YENİLƏNİR

TƏCİLİ: Türkiyədə yüksək vəzifəlilər saxlanıldı - YENİLƏNİR
Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı hərbiçilərin kütləvi həbsləri davam edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Jandarma Baş qərargahında 200 əsgər həbs edilib. Əsgərlər həbs olunduğu zaman uniformaları çıxarılıb, onların əyinlərində sadəcə alt paltarları qalıb.

Əsgərlərin çılpaq şəkildə nəzarətə alınması PKK-çıların tutulma üsulunu xatırladıb. Hüquq-mühafizə orqanları darbeci əsgərləri də eyni eynilə PKK-çılar kimi soyunduraraq tutub. Hüquq-mühafizə orqanları darbeci əsgərlərin üzərində bomba və ya silah olub-olmadığını müəyyən etmək üçün bu cür nəzarət tətbiq edib.