backend

Bakıda dəhşət: 21 nəfər yaralanıb - ŞOK GÖRÜNTÜLƏR

Bakıda dəhşət: 21 nəfər yaralanıb - ŞOK GÖRÜNTÜLƏR
Bakıda 21 nəfərdən çox insanın yaralandığı dəhşətli avtobus qəzasının baş verdiyi yerdən çəkilmiş fotoları təqdim edir

Politika.Az lent.az-a istinadən bildirir ki, qəzada yaralanmış 21 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Bkının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Prospektin "aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin "Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə "VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.
Yaralılar Sabunçu xəstəxanasına aparılıb. Xəstəxanadan bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.
Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır./Qaynarxett.az/