backend

Rasim Balayevdən kədərli AÇIQLAMA: “O dünyaya növbə gözləyirəm”

Rasim Balayevdən kədərli AÇIQLAMA: “O dünyaya növbə gözləyirəm”
Xalq artisti, sevilən aktyor Rasim Balayev dincəlmək üçün bağı seçib.

Publika.az-a açıqlama verən aktyor kinosuz çox darıxdığını deyib: “Bağda dincəlirəm. Soruşursunuz ki, nə əcəb xarici ölkələrdə dincəlmirəm, pul var ki, xaricdə dincəlim? Elə bağda qalıram. Əslində mən çəkiliş meydançasında olanda dincəlirəm. Bu yaşda filmə çəkilmək ən gözəl istirahət olardı. Nə film var, nə də çəkən. Seriallara çağırırlar, getmirəm. Nə ssenari xoşuma gəlir, nə də rejissor. Oturub o dünyaya növbə gözləyirəm. Elə deyəsən belə də olacaq, ölmək vaxtıdır”.

Xalq artisti nə qədər ki, ürəyinə yatan rol yoxdur, nə filmlərə, nə də seriallara çəkiləcəyini deyib: “Mənasız filmlərə çəkilməkdənsə, elə çəkilməmək daha yaxşıdır”.