backend

Türkiyədə İKİNCİ DALĞA - “XAOS PLANI”

Türkiyədə İKİNCİ DALĞA - “XAOS PLANI”
Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra “xaos planı” işə salınıb.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ələvi-sünni, türk-kürd qarşıdurması yaradılması üçün sosial şəbəkələrdən tutmuş, televiziya və yazılı mediadan istifadə edilir.


“Star” qəzeti yazır ki, ilk təxribat xəbəri Malatyadan gəlib. Bu bölgədə küçələrə çıxan insanların ələvilərin yaşadığı ərazilərə hücum etdiyinə dair yalan xəbərlər yayıldı. Eyni iddialar İstanbulun Qazi məhəlləsində də baş verdi. Küçələrə çıxan insanların hücum edəcəyi haqda şayiələr yayaraq, ələvilərin Qazi cəm evinin önündə toplanması təmin olundu. Çevrilişə cəhd edənlərin tutduğu Boğaz körpüsündə də xalqın bir əsgərin boğazını kəsdiyinə dair xəbərlər yayılmışdı. Lakin sonra bunun yalan olduğu ortaya çıxdı.


Həmçinin, “belə dövlət çevrilişi olur?”, “bir siyasətini belə həbs edə bilmədilər” kimi sözlərlə çevriliş cəhdinin miqyasını kiçiltmək istəyirlər.


Qəzet yazır ki, bütün bunların məqsədi Türkiyədə qarışıqlıq və təşvişin yaradılmasıdır. Dövlət çevrilişi cəhdi baş tutmayandan sonra “xaos planı” işə düşüb.