backend

“Atatürkün heykəllərinin təhqir edilməsinin bir adı var: ŞƏRƏFSİZLİK!!!”

“Atatürkün heykəllərinin təhqir edilməsinin bir adı var: ŞƏRƏFSİZLİK!!!”
Dilavər Əzimli: “Bütün türk dünyası baş verənləri pisləməlidir”


Türkiyədə hərbi çevriliş cəhdindən sonra Atatürkün heykəllərinə kütləvi hücumların təşkili, heykəllərinin ayaq altına salınaraq təhqir edilməsi müşahidə edilməkdədir.
Maraqlıdır, Atatürkün heykəllərinə kütləvi hücum, Atatürkçkü ideyalardan imtina Türkiyəyə nə vəd edir? Çağdaş Türkiyənin öz qurucusuna bu şəkildə minnətdarolması nə dərəcədə doğrudur?
Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli baş verənləri şərəfsizlik kimi xarakterizə edib:
“Buna bir ad vermək olar: şərəfsizlik. Bu vandallar bununla da Türkiyə dövlətçiliyini ayaqlar altına atırlar. Bu cahil "dinçilər" bütün Türk dünyasına ləkədirlər! Türkiyənin adını biabır etdilər. Bunlar qanmırlar ki, biz Türkiyəni türklüyə görə sevirik. Bunlar qanmırlar ki, Türkiyənin bu günü üçün Atatürkə minnətdar olmalıdırlar! Bunlar Türkiyəni Səudiyyə Ərəbistanı, İran kimi dövlətə çevirirlər. Bi xəstə təxəyüllü adamlar xarici kəşfiyyatların əlində oyuncağa çevriliblər. Onların dindən xəbərləri yoxdur. Bunlar fanat insanlardır. Atatürkə qarşı atılan bu addımları bütün Türk dünyası pisləməli və etirazını bildirməlidir.
Onsuz da AKP iqtidara gələndən sonra bu hallar baş verirdi. Amma indi bu hallar daha da dərinləşdi və bu cür vəhşi hərəkətlərə yol verdilər. Bunlara sözüm odur ki, siz heykəli təhqir edə bilərsiniz. Amma Atatürkün sevgisini qəlblərdən çıxara bilməzsiniz! Ona dünyanın bütün türklərinin sevgisi vardır. Siz kimsiniz? Tarixdə necə qalacaqsınız? Bax, bu cür vandal hərəkətlərlə... Hesab edirəm ki, bu cür hərəkətlərə görə birbaşa AKP iqtidarı məsuliyyət daşıyır. Onlara qarşı loyal münasibət buna AKP tərəfindən strat verildiyini göstərir. Biz türklər bu addıma qarşı səsimizi ucaltmalıyıq. Buna qarşı geniş kampaniya keçirilməlidir”.