backend

“Türkiyə bütün hallarda proseslərdən güclü çıxacaq”

“Türkiyə bütün hallarda proseslərdən güclü çıxacaq”
Mirmahmud Mirəlioğlu: “Türkiyə bütün hallarda proseslərdən güclü çıxacaq”

15 iyulda Türkiyədə baş verənlər Azərbaycanda da narahatlıqla izlənildi. Bir millətin ikinci dövlətində yaşanan ağrılı olayların daha böyük faciələrə səbəb olmaması təbii ki, cəmiyyətimizin hər bir sağlam düşüncəli nümayəndəsinin əsas arzusu və istəyidir.
Müxalifətin digər kəsiminin loyal yanaşması barədə sualımıza cavab olaraq KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, hadisələr birmənalı olmadığı üçün baş verənlərə də birmənalı münasibət yoxdur: “Təbii ki, bu, Türkiyənin daxili işləridir. Hətta bizim Türkiyənin Bakıdakı səfirliyinə göndərdiyimiz başsağlıqlarına da indiki böyükelçi etinasız qalır. Hansı ki, özündən əvvəlkilər belə deyildilər. Bu da onun məsələlərə baxışıdır. Ona görə də mən hesab etmirəm ki, Azərbaycan siyasi müxalifətinin rəy bildirməsinin Türkiyədəki hər hansı proseslərə təsiri, önəmi var və onlar buna önəm verəcəklər”.
M.Mirəlioğlu “Yeni Müsavat”n sorğusuna cavabında qeyd etdi ki, kimin nə deməsindən asılı olmayaraq, Türkiyə bütün hallarda proseslərdən güclü çıxacaq: “Ancaq bəzi məsələlər şübhələri artırır. Məsələn, ildırım sürəti ilə - hadisələrin üstündən sutka keçməmiş 3 minə yaxın prokuror, hüquq müdafiəçisi, yaxud vəkil həbs olunur. Bu siyahı necə tərtib olundu? Yaxud həbs olunanların sayı 6 minə yaxındır. Siyasi müxalifət dəstək verib, bu, sırf onların daxili işidir. Amma bu gün tutulan generalların hamısı onların 2014-cü ilin 17 dekabrındakı məşhur əməliyyatı zamanı təyin etdikləri şəxslərdir. Yəni Abdulla Gülün və Rəcəb Tayyib Ərdoğanın təyin etdikləri generallardır. Ona görə də xeyli şübhələr var. Hesab edirəm ki, bu, onların özlərinin də dediyi kimi, çox unikal bir ssenaridir, teatrlaşdırılmış bir məsələdir. Amma hələ son nöqtəsi qoyulmayıb. Bütün hallarda Türkiyə bu məsələlərdən qalib çıxacaq. Çünki Türkiyə Cümhuriyyəti belə hadisələri çox görüb”.