backend

“ABŞ Ərdoğanı öldürməyə çalışdı” – ŞOK İDDİA

“ABŞ Ərdoğanı öldürməyə çalışdı” – ŞOK İDDİA
“ABŞ rəhbərliyi Gülən terror təşkilatı üzərindən Türkiyədə hərbi çevrilişi tətikləyib vətəndaş müharibəsinin başlanmasını və millətimizin bir-birinə qırdırmasını istəyib”.

Publika.az xəbər verir ki, bunu “Yeni Şafak” nəşrində İbrahim Karagül yazıb.

“ABŞ bu hərbi çevriliş cəhdinin planlaşdırıcısı və icraedicisidir. O generallar, o vətən xainləri bütün təlimatları Güləndən alıb, o isə müdaxiləni planlaşdıranların əmrlərini çatdırıb. Bir terror təşkilatının liderini qoruyan ABŞ terrora dəstək verən ölkə elan edilməlidir. Bu ölkə Gülənin terrorçuları üzərindən vətəndaşlarımıza güllə yağdırıb”, - türkiyəli yazar bildirib.

İbrahim Karagülün sözlərinə görə, ABŞ rəhbərliyi birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öldürülməsini planlaşdırıb.

“Təkrar edirəm: Ərdoğanı şəhid etmək üçün edilən hücum Gülənin terrorçuları üzərindən birbaşa ABŞ-da ABŞ tərəfindən hazırlanıb və təlimat onlar tərəfindən verilib. Türkiyə Böyük Millət Məclisi ABŞ-ın qoruduğu terrorçular tərəfindən bombalanıb. Millətin məclisini bombalamaq millətə döyüş elan etmək deməkdir. Tarixdə analoqu olmayan bu hücum ABŞ-ın qoruduğu bir adamın terrorçuları tərəfindən həyata keçirilib”, - İbrahim Karagül yazıb.