backend

Qapalı Qarabağ görüşü, Gülən yol üstə, Sarkisyanın “Alfa” xahişi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ötən günlərdə olduğu kimi iyunun 20-də də medianın diqqətində olan əsas mövzular Türkiyədə hərbi çevriliş cəhdindən sonra baş verən proseslər və İrəvanda polis bölməsinin tutulması ətrafında cərəyan edən hadisələr oldu.

Kreml təsdiqlədi: “Prezidentlərin görüşü Bakıda olacaq”

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin üçtərəfli görüşü Bakıda keçiriləcək.

Bu barədə Kremlin məlumatında deyilir. Görüşün avqustun 8-də keçiriləcəyi gözlənilir. Üçtərəfli görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi və bir sıra regional məsələlər müzakirə olacaq.

Ərdoğanla Putin Bakıda görüşəcək?

Ərdoğanla Putinin görüşü avqustun birinci ongünlüyündə baş tutacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. D.Peskov Türkiyə və Rusiya liderinin görüşünün Bakıda olacağına dair yayılan informasiyaları təkzib edib: “Görüş Bakıda deyil, Rusiya şəhərlərinin birində olacaq. Lakin hansı şəhərin olacağı hələlik dəqiqləşdirilməyib. Hazırda diplomatik kanallarla iki liderin görüşü hazırlanır”.

Məşhur jurnalist öldürüldü - VİDEO

Məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.

Hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.

ABŞ Güləni bu ölkəyə qaçırır - İDDİA

Türkiyənin ABŞ-dan rəsmi olaraq istədiyi Fəthullah Gülən bu ölkəni tərk etmək istəyir. Türkiyənin “Aydınlık” nəşrinin xəbərinə görə, Gülən Kanadaya getməyə hazırlaşır.

Gülənin Kanadanı seçməsinin isə xüsusi bir səbəbi var. Təhlükəsizlik mənbələri Türkiyə ilə Kanada arasında ekstradisiya haqqında müqavilənin olmamasına diqqət çəkirlər.

Həbslər davam edir

Türkiyədə hərbi çevriliş cəhdindən sonar başlanan həbslər və müxtəlif qurumlarda aparılan təmizləmələr gün ərzində davam etdi.

Milli Müdafiə Nazirliyində çalışan 262 hərbi hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb. FETÖ (Fəthullahçı Terror Təşkilatı) əməliyyatı Türkiyə Böyük Millət Məclsinə (TBMM) də sıçradı. Baş katib köməkçiləri və dairə başçıları da daxil olmaqla 30 nəfər işindən uzaqlaşdırılıb.

Ankara Polis Təşkilatının 900 əməkdaşı hərbi çevriliş cəhdinə dəstək verməkdə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.

Milli Təhsil Nazirliyində çalışan daha 6 min 538 nəfər vəzifəsindən uzaqlaşdırılıb.

Hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Yüksekovada saxlanılan Bolu 2-ci Komando Briqada Komandiri general İsmayıl Güneşer həbs olunub. Güneşer Konstitusiyanı pozmaqda və FETÖ terror təşkilatına üzv olmaqla ittiham olunub. O, Türkiyənin 11-ci prezidenti Abdullah Gülün baş yavəri vəzifəsini icra edirdi.

Ankarada, prezident sarayında Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ​Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) toplantısı keçirilib. Daha sonra isə Nazirlər Kabinetinin iclası keçirilib.

Öcalan edam olunmalı idi – ŞOK PLAN

İyulun 15-də hərbi çevrilişlə hakimiyyəti ələ keçirmək istəyən qiyamçıların daha bir planı ortaya çıxıb.

“Habertürk” saytına istinadən xəbər verir ki, qiyamçıların hədəflərindən biri İmralı həbsxanasında olan PKK lideri Abdullah Öcalan olub. Qiyamçılar Öcalanı qaçıraraq edam etməyi planlaşdırırdı. Əsas məqsəd isə kürd xalqını küçələrə çıxarmaq və xaos yaratmaq olub. Hərbi çevriliş cəhdi uğursuz olduğu üçün bu planın həyata keçirilməsi də mümkün olmayıb.

Ermənistanda qiyam dördüncü günündə

İrəvanda polis patrul alayının binasının ələ keçirən silahlı qrupun rəhbəri Pavlik Manukyan səsgücləndirici ilə öz tələblərini bir daha bəyan edib. “Armtimes”ə danışan P.Manukyan tələblərinin yerinə yetirilməsi üçün vaxt verdiklərini deyib. O, insanları birliyə səsləyərək, prezident Serj Sarkisyanın istefa verməsini tələb edib. “Bizim tələblərimiz dəyişməyib. Sarkisyan istefa verməlidir”, - deyə o bildirib.

Ermənistan mediasının yazdığına görə, hakimiyyət girovları tutan silahlı qrupa qarşı əməliyyat keçirmək üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “Alfa” xüsusi təyinatlılarını göndərmək xahişi ilə Moskvaya müraciət edib.

Qapalı görüş: Qarabağın qaytarılması müzakirə olundu

Ermənistan prezidenti Serj Sarkisyan iyulun 16-da Dağlıq Qarabağa səfəri zamanı ərazilərin qaytarılması məsələsini müzakirə edib. Ermənistan mediasının yazdığına görə, Sarkisyan Qarabağda separatçılarla görüşərək, onlardan ərazilərin qaytarılması ilə bağlı fikirlərini soruşub.

Görüşdə iştirak edən erməni döyüşçü Razmik Petrosyan deyib ki, vaxtilə ərazilərin qaytarılmasının Qarabağa müstəqillik verilməsi əvəzinə mümkünlüyü müzakirə olunurdu: “İndi isə belə görünür ki, Ermənistan birtərəfli qaydada güzəştlər etməyə məcbur olunur”.

Görüşün digər iştirakçısı Hamlet Qriqoryan da təsdiqləyib ki, Sarkisyan onlardan ərazilərin qaytarılması məsələsi haqda düşündüklərini soruşub.

Ömər Dağlı