backend

Rusiyadan daha bir qətliam: 10 ölü, 20 yaralı

Rusiyadan daha bir qətliam: 10 ölü, 20 yaralı
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İdlib şəhərində yaşayış sahələrini bombalaması nəticəsində 10 dinc sakin həlak olub, 20-i isə yaralanıb.

Axar.az xəbər verir ki, hədəf alınan Selkin, Binniş və Kafrtahrim bölgələrində ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib.

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.