backend

SON MƏLUMAT: Azərbaycanda qanlı faciə - 7 ölü, 14 yaralı

SON MƏLUMAT: Azərbaycanda qanlı faciə - 7 ölü, 14 yaralı
Qaynarxett.az lent.az-a istinadən bildirir ki, şənbə günü Bərdədə toydan çıxan şəxslərin olduğu avtomobilin kanala aşması nəticəsində 3 nəfər ölüb .

Bərdədə toydan çıxan şəxslərin olduğu avtomobilin kanala aşması nəticəsində 3 nəfər ölüb. Yevlaxda "Tavria"nın "KamAZ"a çırpılması nəticəsində isə iki Qarabağ əlili vəfat edib.

Bundan başqa Bakıda sərnişin avtobusunun piyadanı vurması nəticəsində bir nəfər ölüb. Gədəbəydə isə minik avtomobilinin yük maşınına çırpılması bir nəfərin ölümü, 4 nəfərin isə yaralanmasına səbəb olub.
Ölkə yollarında ümumilikdə 12 yol qəzası baş verib və nəticədə ölən şəxslərdən başqa 14 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.