backend

Gülər Əhmədova OD PÜSKÜRDÜ: “Bakirəlik vacibdir! Bəsdirin, bu cavanları aldatdınız!! Bədbəxt etdiniz!! ”

Gülər Əhmədova OD PÜSKÜRDÜ: “Bakirəlik vacibdir! Bəsdirin, bu cavanları aldatdınız!! Bədbəxt etdiniz!! ”
Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) "bakirəlik testi" layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

BBC-nin Azərbaycan xidmətinin xəbərinə görə, daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir:"Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək, belə bir test etdirir".

O, izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.

Sitarə İbrahimova bu layihədə özü qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin
obrazda çıxış edib.

BBC-nin bakirəliyin bərpası ilə bağlı hazırladığı araşdırma isə ciddi müzakirələrə səbəb olub.

Qaynarxett.Az musavat.com-a istinadən bildirir ki, sabiq deputat Gülər Əhmədova da sosial şəbəkədə bu materialın linkini paylaşaraq, öz etirazını belə ifadə edib: "BBC, nəyi təbliğ edirsiniz? Sitarə İbrahimova səhv edir, azərbaycanlı qızları çaşdırmayın! Elm, sübut edir ki, bakirəlik sağlam nəsil doğmaq üçün vacibdir. Bəsdir, bu cavanları aldatdınız!! Bədbəxt etdiniz!! Avropada bunu hamı bilir".