backend

Graham Fuller: “ İslamın siyasi və sosial formasını dəyişdirə biləcək ən ümidli şəxs Güləndir”

Graham Fuller:  “ İslamın siyasi və sosial formasını dəyişdirə biləcək ən ümidli şəxs Güləndir”
Amerika kimi böyük dövlətlər gücün qaynağını bilirlər. Yaxın Şərq, Amerikanın ürəyidir. Buranı idarə etmək məcburiyyətindədir. Əl çəkdiyi zaman özü də yox olar. Həm islam coğrfiyasının Amerikaya qarşı çıxmaması həm də Rusiya, Çin kimi böyük güclərin dayandırılması üçün şalışmaq lazımdır. Rusiya hədəf nöqtəsinə təzə girib. İxrac edən və qazanan Çini nəzarətdə saxlamaq əsas şərtdir. Plana deyəsən bölgədə humanist islam yaratmaqla İsraili rahatlatmaq da daxildir.

Gülənin müəllimi və arxasındakı adam Yaşar Tunagürdür. Öldüyü ana qədər Gülənə məsləhət verən dəstək verən o idi. Çox güman ki, Tunagürlə Edirnədə olarkən tanış olub ata oğul kimi münasibət qurublar. Yaşar Tunagür də gənclik illərində “Kestanepazar”ından keçib. Orda qalması çox istənilməsinə baxmayaraq o qalmadı. Ancaq tanış olduqları il Gülən “Kestanepazarı”na döndü.

Tunagür işin beyni idi. Gülənə dəstək verməklə yetinməyib dövlətlə də tanış etdi.1970-ci ilin əvvəllərində Gülən Vehbi Koçun Ankaradakı evində Milli İstihbarat rəhbəri olan Fuat Doğu Paşa ilə də tanış edildi. Həmin görüşdə nələrin danışıldığını heç kim bilmirdi, Heç kim bu sirri açıqlamadı. O gün miladdı artıq hər şey başka cür cəryan edəcəkdi.

Müəyyən müddətdən sonra əməliyyata CİA-nın nüfuzlu adamı Graham Fuller daxil oldu. Fuller “ İslamın siyasi və sosial formasını dəyişdirə biləcək ən ümidli şəxs Güləndir. Dəyişimi ancaq və ancaq Gülən başlada bilər” deyirdi.
Onsuzda camahat da işlərinə, məqsədlərinə görə həm Orta Asiyaya həm də bölgəyə yayılırdı. Həm türk torpaqlarını, həm də islam coğrafiyasını qərbin adına idarə etməyə çalışırdılar. Amerikanın “yumşaq üzü” idilər. Necə ki, Çin gülümsəyərək gəlib Afrikada hərəkət edirsə camahat da islamla gəlib lazım olanı edirdi. Hərəkatın arxasında artıq CİA var idi. Bu hər kəsin bildiyi bir “sirr” idi.

Fuller lap əvvəldən bu hərəkatın arxasındakı şəxs olaraq Obamaya təsir edirdi. Qəraraları dəyişdirirdi. Bir də Fullerdən bir addım öndə Karen Hughes adlı daha bir adam vardı. Karen Hughes də CİA-nın nüfuzlu işçisidir. Gülen deyəndə ağıla gələn ilk ad Graham Fuller olsa da ancaq Gülənə nə etməli olduğunu başa salan hələ də Karen Hughesdir. 15 iyul çevriliş cəhdindnən sonra Pensilvaniyaya gedən ilk adam Hughesdir.

Hughes, Gülən ilə görüşərək nə etmək lazım olduğunu anladdı. Təbii ki, aralarından nədən danışdıqlarını hələlik bilmirik. Amma yeni plan orda cızıldı. Hərəkatın və Gülənin önmüzdəki günlərdə nə edcəklərini birlikdə görəcəyik. 17 dekabr çevriliş cəhdində Gülən Fulleri hələ tezdir, müvvəffəqiyyət əldə etməyimiz üçün şansımız yoxdur , bir az daha gözləmək də fayda var deyə xəbərdar etdi. Amma Fuller dinləmədi. Görəsən 15 iyul üçün nə dedi? Hazır idilər? Bu səfər məqsədlərinə çatacaqdılar? Yoxsa yenə də etiraz etdi?

Hadisələr fonunda bir anda Misir gündəmə gəldi. Camahatın Misirə qaçdığı deyidi. Doğruluğunu bilmərəm . Amma Misir və Sisi sonuna qədər hərəkatın yanındadır.
Sisinin çevrilişlə hakimiyyətə gəldiyindən sonra ölkənin nə vəziyyətə düşdüyünü xatırlayın. O həngamədə nə qədə xarici məktəblər vardısa hamısının qapısına kilid vuruldu. Amma bu fırtınadan Paralelcilər zərər görmədən çıxdı. Böyük dövlətlərin təhlükəli qeyd edilərək məktəbləri bağıandı lakin Gülənin məktəblərinə dəyən olmadı. Əksinə Sisi bu məktəblərə paket yolladı. Ayrı seçkiliyi düşünün artıq. Graham Fuller qızının adını Ankara qoyacaq qədər bu hərəkata inandı. Nəticə əldə edəcəklərindən əmin idilər. Bəzən nəzərə alınmayan kiçik ehtimallar planı pozurdu. Graham ömrünü bu əməliyyata sərf etdi amma qızına söz eşitdirə bilmədi. Qızına yəni Ankaraya , “Bu məktəblər də sən də xidmət elə” dediyi an savaşdılar. Uzun müdət danışmadılar. Böyük əməliyyatı idarə edərkən, bir ölkəni zəbt etməyə çalışarkən qızını razı sala bilmirdi.

Bir zamanların nüfuzlu və məşhur əsgərlərindən biri “ 1990-cı ildən sonra orduyu itirdik. Girdilər və ələ keçirdilər…”demişdi. İndi verdiklərimiz geri almaq üçün hərəkət edirik. İngilislərin də içində olduğu bu hərəkat bizi içdən çökdürüb zəbt edəcəkdi. Fərqinə vardığımızda qazanın dibindəki qurbağa olacaqdıq. Sükür dəf ettik. Artık qərar bizdə.

Çox qanlı olsa da 15 iyul 200 il sonra qazandığımız ən böyük savaşdır. Müstəqilliyimizi geri aldıq. Çöldən yıxılması mümkün olmadığı üçün içəridən alınmaq istənilən Türkiyə dirçəldi. Millət bunu gördü. 15 iyul gecəsi qolunun birini itirən vətəndaşımız bunları deyirdi : Xəstəxanaya aparıb qolumu kəsdilər. Oyandığımda ilk soruşduğum Dövlətimiz yerində mi? “

Bax bu ruh təkrar dirildi ….Qalanı boş . İndi onlar düşünsün. Paralellə türk çağı olmaz. Olacaqsa bizlə olacaq. (Tərəfdar.az)