backend

İŞİD-çi Həsən Abdullayev prezidenti ölümlə hədələdi - ŞOK!!!

İŞİD-çi Həsən Abdullayev prezidenti ölümlə hədələdi - ŞOK!!!

Terror təşkilatı İŞİD hədələyici bəyanatla çıxış etdiyi ölkələr sırasına birini də əlavə edib

Politika.Az xəbər verir ki, internetdə yerləşdirilən videoda cihada çağırış yer alıb və eyni zamanda prezident Vladimir Putinin ünvanına hədələr səsləndirilib.

Videoçarxın hazırlanma zamanı məlum deyil. Görüntüdə Dağıstandan olan İŞİD üzvü Həsən Abdullayev yer alıb. O, Dağıstanda silahlıların liderlərindən hesab edilib və Əbu Yasir adı ilə tanınıb. Dərbənddə bir müddət əvvəl keçirilən xüsusi əməliyyatda onun zərərsizləşdirilidiyi xəbər verilib. Buna görə də görüntülərin Əbu Yasirin ölümündən əvvəl hazırlandığı ehtimalı var. Eyni zamanda Əbu Yasirin əslində ölmədiyi, sadəcə ölümü barədə hüquq-mühafizə orqanlarının məlumat yaydığı da iddialar arasındadır. Hazırda videoçarxın çəkilmə vaxtını və onu internetə yerləşdirən adamın kimliyini müəyyən etmək mümkün deyil.

“Telegram” xəbər verir ki, İŞİD Rusiyanı öz düşmənləri sırasında görür.