backend

Bu, hərbi çevriliş deyildi - Başbuğ

Bu, hərbi çevriliş deyildi - Başbuğ
15 iyul qiyamını hərbi çevriliş cəhdi kimi dəyərləndirmirəm.

Axar.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ yerli mətbuata açıqlamasında deyib.

“15 iyul hadisələri keçmiş hərbi çevriliş olaylarına bənzəmir. Hərbi çevriliş cəhdi kimi xarakterizə edilməsinə müsbət yanaşmıram. Bu, Gülən camaatının silahlı çevriliş cəhdi idi.Türkiyə Silahlı Qüvvələrinə sızan FETÖ-cuların təkbaşına hərəkət etmədiyi bəllidir. Xaricdən bu prosesləri idarə edənlərin konkret məqsəd və hədəfləri var idi”, - Başbuğ bildirib.