backend

“ANS yenidən fəaliyyətə başlayacaq”

“ANS yenidən fəaliyyətə başlayacaq”“ANS-in bağlanması media məkanımız üçün itkidir. Çünki ANS Azərbaycanın müstəqilliyinin yenidən bərpası ilə təxminən eyni yaşda olan televiziyadır. Xətasız insan və qurum yoxdur. ANS Azərbaycan və Türkiyəki insanlardan baş verən xoşagəlməz hadisə ilə bağlı üzr də istədi.

Və bu addım təqdirəlayiq bir addım idi. ANS işğalçı Ermənistanın torpaqlarımızı işğal etdiyi o ağır müharibə illərində də, dövlətimizlə bağlı bir çox çətin anlarda da xalqımızın, dövlətimizin yanında olub və insanlara operativ xəbərlər çatdırıb.

Ümid edirik ki müvafiq qurumlar, növbəti instansiya məhkəməsi bunları və ölkə başçımız cənab İlham Əliyevin hər zaman mətbuat və mediaya humanist yanaşmalarını nəzərə alaraq humanist addım atacaq və ANS TV yenidən fəaliyyətə başlayacaq və çoxlu sayda insan işsiz, tamaşaçılar isə ANS-siz qalmayacaq”.

Millət vəkili Qənirə Paşayeva ANS TV-nin bağlanmasına münasibət bildirib
“ANS yenidən fəaliyyətə başlayacaq”
Politika.Az xəbər verir ki, bu barədə deputatın özü məlumat yayıb.

Qaynarxett.az