backend

TƏCİLİ: Qarabağda təxribat... - ŞOK ACIQLAMA

TƏCİLİ: Qarabağda təxribat... - ŞOK ACIQLAMA
İrəvan qiyamı Dağlıq Qarabağın işğaldan azad edilməsini aktuallaşdırıb. Sərkisyan hakimiyyətinin daxildəki etirazları yatırmağa başı qarışdığı zamanda müharibənin başladılması barədə təkliflər səslənir. Bunu bir şans kimi qiymətləndirənlər də var...

Politika.Az xəbər verir ki, hazırda qiyamçılarla bərabər xalq da küçələrə axışaraq mübarizə aparır. Serj rejiminin istefasını tələb edən etirazçılar Prezident Sarayına yaxınlaşmağa cəhd edir.

Yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.
Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.

Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar. Nümayişçilərdən biri Baqramyan küçəsində özünü yandırmağa cəhd edib. O, üzərinə benzin tökərək odlamaq istəyib, ancaq ətrafdakılar üstünə su çiləyərək mane olublar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Politika.Az-a bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan çətin seçim qarşısındadır:

“O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən qan töküləcəyini də bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır.

Sərkisyan əlindən gələn hər şeyi edəcək ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın,
ikincisi, Ermənistan cəmiyyəti Dağlıq Qarabağdakı aprel uğursuzluğununun səbəbini məhz korrupsiya ilə əlaqələndirir.

Yəni ordu o qədər korrupsiyalaşıb ki, hakimiyyət cəbhə bölgəsindəki hərbçilərini qorumaq iqtidarında deyil. Səfalət fonunda erməni generalların İrəvan ətrafındakı bahalı villaları cəmiyyəti narazı salır. Ona görə də belə vəziyyətdə cəmiyyətin radikal hissəsi silaha əl atır”.

Onun sözlərinə görə, Sərkisyanın diqqəti yayındırmaq üçün növbəti dəfə cəbhə bölgəsində təxribat yaradacağı da istisna deyil: “Onun bu təxribatda məqsədi Ermənistandakı bütün siyasi qüvvələrin diqqətini Azərbaycana qarşı yönəltmək ola bilər.

Ancaq Azərbaycan ordusu apreldə olduğu kimi Ermənistana cavab atəşi ilə daha böyük zərər verəcək. Bu isə Sərkisyanın hakimiyyətini daha da zəiflədəcək. Vaxtilə Azərbaycanda da eyni proseslər baş verib. İndi növbə Ermənistanındır.

Hələliksə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti Paris görüşündən real nəticə gözləmək problematikdir. Çünki, birincisi, Ermənistan hakimiyyəti əvvəlkitək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı deyil, ikincisi, böyük dövlətlər bu məqsədlə İrəvana təsir və təzyiq etmirlər”.