backend

Lənkaran bazarında güclü yanğın - Obyektlər kül oldu

Lənkaran bazarında güclü yanğın - Obyektlər kül oldu
Lənkəran şəhərində yanğın baş verib

Bu barədə azvision.az-a Lənkəran şəhərinin bələdiyyə sədri Eldar Hüseynov məlumat verib. O, qeyd edib yanğın səhər saatlarında, Böyük Bazar ərazisində, kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb:

“Yanğın elə də böyük sahəni əhatə etmirdi. Hazırda yanğın söndürülüb. Hadisə zaman ölən və xəsarət alan olmayıb”.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, hadisə bazarın yaxınlığındakı çayxanalardan birində baş verib. Maye qaz balonunun partlaması nəticəsində 54 kb.metrlik çayxana və yaxınlıqdakı mağaza yanıb. FHN qüvvələrinin köməyi ilə yanğın saat 07:05-də söndürülüb.