backend

Gülənin Türkiyəni yeni məhvetmə planı

Gülənin Türkiyəni yeni məhvetmə planı
Türkiyədə hərbi çevrilişə cəhdin memarı olan Fətullah Gülən Misirin “Əl Qad” telekanalına müsahibə verib

Hərbi çevriliş cəhdində uğursuzluğa düçar olan Gülən Qərb dövlətlərini Türkiyəyə müdaxilə etməyə çağıraraq yeni plana əl atıb. O, Türkiyədə vətəndaş müharibəsinin baş verməsi üçün əlverişli şərait yarandığını iddia edib:

“Qərb dövlətləri təcili şəkildə Türkiyəyə müdaxilə edib, Ərdoğanı hakimiyyətdən salsın. Hər an Türkiyədə vətəndaş müharibəsi başlaya bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Fətullah Gülənin hərbi çevrilişə cəhd cinayətindən yayınmaq üçün Misirdə gizlənəcəyi ilə bağlı xəbərlər yayılmışdı.(axar.az )