backend

ŞOK!!! General İhsan Başbozkurt Bakını niyə yarımçıq tərk etdi?

ŞOK!!! General İhsan Başbozkurt Bakını niyə yarımçıq tərk etdi?

Türkiyənin Bakıdakı hərbi attaşesi İhsan Başbozkurt bu ölkədə baş vermiş hərbi çevriliş cəhdindən sonra missiyasını yarımçıq başa vurub və geri çağırılıb

Politika.Az xəbər verir ki, buna səbəb Türkiyədə Yüksək Hərbi Şuranın iyulun 29-da keçirilmiş fövqəladə toplantısında briqada generalı İhsan Başbozkurtun istefaya göndərilməsidir.

“Milliyet” qəzetinin yazdığına görə Başbozkurt da daxil olmaqla onlarla general Silahlı Qüvvələrdən istefaya göndərilib. Buna səbəb onların 15 iyul hərbi çevriliş cəhdin fəal dəstək verməsələr də həmin hadisələrlə bağlı ortaya qəti mövqe qoymamasıdır.
ŞOK!!! General İhsan Başbozkurt Bakını niyə yarımçıq tərk etdi?

General Başbozkurt Azərbaycana göndərilməzdən əvvəl Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində 3 il tank briqadasının komandiri olub. Ötən il Yüksək Hərbi Şuranın qərarı ilə Azərbaycana hərbi attaşe göndərilib. Bu vəzifədə diviziya generalı Nevazat Taşdeleri əvəzləyib. Xatırladaq ki, Nevzat Taşdeler 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-çü olmaqda ittiham olunaraq həbs edilib.

QATNARXETT.AZ