backend

Ərdoğan hərbi çevrilişlə bağlı Özalın və Dəmirəlin adını çəkdi

Ərdoğan hərbi çevrilişlə bağlı Özalın və Dəmirəlin adını çəkdi
Türkiyəyə səfərə gəlmiş Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevlə prezident Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra birgə mətbuat konfransı keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan çıxışında 15 iyul hadisələrindən danışarkən ölkəsinin həmin gecə ən qanlı xəyanətlərdən biriylə üzləşdiyini deyib:

"İllərdir gizli şəkildə, təqiyyə ilə Türkiyə Silahlı Qüvvələrində təşkilatlanan uniformalı terroristlər Pensilvaniyadakı terroristin təlimatıyla ölkəmi və şəxsimi hədəfə alan bir şevrilişə cəhd etdilər.

Bu terror təşkilatı rəhmətlik Turqut Özala və Süleyman Dəmirələ də xəyanət edib. FETO təkcə Türkiyəyə yox, fəaliyyət göstərdiyi bütün ölkələr üçün təhdiddir. Doğrusu, bizim yaşadığımız xəyanəti, xəyal qırıqlığını dostlarımızın yaşamasını istəmirik".