backend

“Kredit bahalaşacaq, qiymətlər qalxacaq, xalqın güzəranı daha da pisləşəcək"

“Kredit bahalaşacaq, qiymətlər qalxacaq, xalqın güzəranı daha da pisləşəcək"
“Mərkəzi Bank bu il artıq 3-cü dəfədir ki, uçot dərəcəsini, yeni banklara verdiyi kreditin dərəcəsini qaldırır. Bu dəfə 9,5 faiz oldu”

Bunu hüquqşünas Əkrəm Həsənov deyib.
“Kredit bahalaşacaq, qiymətlər qalxacaq, xalqın güzəranı daha da pisləşəcək"
O, hər dəfə uçot dərəcəsinin yenə artacağı barədə proqnoz verdiyinə diqqət çəkərək bunun son hədd olmadığını da bildirib:

“Uçot dərəcəsi yenə artacaq. Çünki iqtisadiyyata manat lazımdır, əks halda qansız bədən olacaq?! Buna görə də Mərkəzi Bank banklara manat kreditləri verməyə məcburdur. Amma bu kreditlerin banklar tərəfindən necə istifadə olunmasına nəzarət edə bilmir. Çünki sistemi korrupsiya və özbaşınalıq bürüyüb. Buna görə də fərasətli banklar Mərkəzi Bankdan aldıqları ucuz manatı dollara çevirib devalvasiyanı gözləyirlər ki, müftə pul qazansınlar.

Bu səbəbdən də dərəcəni qaldıraraq Mərkəzi Bank sanki onlara deyir ki, “a balam, ehsan deyil eee, yüksək faizlə qaytaracaqsız mənə!” Amma təbii 9,5 faiz də devalvasiya riski qarşısında heç nədir. Azı 35 faiz devalvasiya olan ölkədə kredit üçün 9,5 faiz nədir axı?! Odur ki, uçot dərəcəsi yenə artacaq. Bunun mənfi cəhəti isə odur ki, sahibkarlar üçün kreditlər yenə bahalaşacaq. Sahibkarın xərci artdıqca, qiymətlər də qalxacaq. Yəni, xalqın güzəranı daha da pisləşəcək”
./cebhe.info/
“Kredit bahalaşacaq, qiymətlər qalxacaq, xalqın güzəranı daha da pisləşəcək"