backend

ŞOK!!! Dollar 2 azn olacaq!?

ŞOK!!! Dollar 2 azn olacaq!?

Mərkəzi Bank (AMB) avqustun 8-dən uçot dərəcəsinin 2,5% bənd artırılması barədə qərar qəbul edib.

Beləliklə, gələn həftədən uçot dərəcəsi 7%-dən 9,5%-ə qalxacaq. Adı çəkilən qurumdan verilən açıqlamaya əsasən, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədi daşıyır.

Bu, olduqca vacib və vaxtında atılmış addımdır. Ümumiyyətlə, AMB-in uçot dərəcəsi ilə bağlı qərarı cari və ortamüddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəflərin, makroiqtisadi proqnozların, inflyasiya gözləntilərinin, tədiyə balansı üzrə meyillərin, habelə maliyyə bazarındakı konyunkturun nəzərə alınması baxımdan, böyük əhəmiyyətə malikdir.

Lakin, daxili valyuta bazarında vəziyyət olduqca gərgindir. Dövlət Neft Fondunun satışa çıxardığı xarici valyuta həcmi banklara çatmır. Halbuki, bankların öz vəziyyətləri heç də ürəkaçan deyil. O cümlədən, onların dollar ehtiyatları da az deyil. Belə ki, sərəncamlarında olan cəlb etdikləri vəsaitlərinin 80 faizdən çox hissəsi məhz xarici valyuta ilə təşkil edir.

Onda bu nə ilə əlaqədardır?

"Əks təqdirdə, dollar 2 azn olacaq!"

Məsələ bundadır ki, banklar iqtisadiyyatın güzgüsüdür və onlar yaxşı vəziyyətdə deyillərsə, deməli, iqtisadi fəallıq aşağı səviyyədə, işlək haldadırlarsa, yüksək həddədir. Dollara tələbatın artması bilavasitə bankların özləri ilə bağlı deyil. Əslində bu valyuta onlara indiki vəziyyətlərində lazım da deyil. Düzdür, xaricə borcları var və alınan valyutanın bir qismi də bunun maliyyələşdirilməsinə gedir. Ancaq bu, manata çox da ciddi təzyiq yarada bilməz.

Ölkədə dollara tələbin genişlənməsində başqa amillər rol oynayır. Birincisi, idxal artır, ikincisi, ölkədən kapital axını var, üçüncüsü, əhali həm əvvəlki kimi, həm də yay mövsümü ilə bağlı dollar alışına xüsusi fəallıqla yanaşır, dördüncüsü isə ümumiyyətlə, ölkəyə getdikcə daha az həcmdə xarici valyuta daxil olur. Bütün bunlar olduqca ciddi amillərdir.

İqtisadiyyatda canlanma yaranmasa, bütün bunlar tezliklə aradan qalxmayacaq.

Təkcə bir fakta toxunaq. Neçə illər idi ki, ölkəmizin xarici ticarətində ixrac idxalı üstələyirdi və müsbət saldo hökm sürürdü. Dəxli yoxdur ki, bu, neftin hesabına idi və sair... Əsas o idi ki, ölkəyə xarici valyuta daxil olurdu.

Xarici ticarət üzrə balans, cari ilin mart ayından pozulub, mənfi saldoya keçib. Düzdür, iyunda 56 milyon dollarlıq müsbət saldo bərpa olunub. Ancaq bu, olduqca kövrək xarakter daşımaqdadır. Çünki, üstəlik nəzərə almalıyıq ki, əhalinin alıcılıq qabiliyyəti də əvvəlki illərdəki kimi deyil. Bunun müqabilində idxalın artmağa meylli olması sözsüz ki, yaxşı hal deyil.

İxrac isə onsuz da azalmağa doğru gedir və ayda ən aşağısı 700 milyon dollar məbləğdən çox idxala valyuta tələb olunur. Mənə elə gəlir ki, bunun nə demək olduğu aydındır və bundan ötrü heç də iqtisadçı olmağa ehtiyac yoxdur.

Odur ki, hesab edirəm, ilk növbədə idxal azaldılmalıdır. Bunun üçün isə daxili bazarı özümüz təmin etməliyik. Aqrar sahədə yerli istehsalın genişlənməsi bir nömrəli vəzifəyə çevrilməlidir. Ümumiyyətlə, valyutaya tələbi məhdudlaşdırmağın eyni zamanda gediləsi 3 yolu var: ölkəyə idxal azaldılmalı, ölkədən xaricə kapital axını (investisiya və yatırım məqsədilə çıxarılan) müvəqqəti dayandırılmalı və əhalidə manatla depozit və digər yatırımlara maraq-stimul yaradılmalıdır. İqtisadi fəallığın bərpası isə başlıca hədəf olmalıdır.

Əks təqdirdə, manat, dolların real olaraq göstərdiyi basqıya və ağırlığa tezliklə 1,70 - 2 azn aralığınadək "əyilməli" olacaq.../ 1Xəbər.com/