backend

Rövşən Lənkəranski necə öldürülüb? – Təfərrüat- Foto

Rövşən Lənkəranski necə öldürülüb? – Təfərrüat- Foto

Rövşən Lənkəranskinin (Canıyev) hücuma məruz qalması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Axar.az Sözcü-yə istinadən xəbər verir ki, killerlərin gülləbaran etdiyi “Rənc Rover”də Rövşən Lənkəranski ilə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb.

Sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb.

Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

İstanbul polisi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu olan “Uzi” tapança-pulemyot, “Qlok” markalı tapança, çoxlu sayda boş giliz tapılıb.

Rövşən Lənkəranski necə öldürülüb? – Təfərrüat- Foto
Rövşən Lənkəranski necə öldürülüb? – Təfərrüat- Foto