backend

Türkiyə rəsmən Suriyaya girdi – Video

Türkiyə rəsmən Suriyaya girdi – Video
Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.
Axar.az xəbər verir ki, bu gün gecə saatlarından başlayaraq Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Cerablus şəhərindəki İŞİD mövqelərinə zərbələr endiriblər.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.
Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.
Bu arada rəsmi Ankara Suriya ilə həmsərhəd Qaziantep əyalətinin Qaraqamış rayonunun əhalisini təxliyə edir. Bundan əvvəl Qaraqamış rayonu Suriyanın şimalındakı Cerablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Qaraqamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.
Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub.