backend

Həkimlər Lənkəranskini səhv salıbmış - Təfsilat

Həkimlər Lənkəranskini səhv salıbmış - Təfsilat
İstanbulda qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin xəstəxanadakı son anları haqda ilginc məlumatlar meydana çıxıb

Politika.Az-ın özəl xəbərinə görə, Babək Həsənzadə adlı şəxs Feysbukda yaşadıqlarını yazıb.

Onun sözlərinə görə, xəbəri eşidən kimi xəstəxanaya gedib. Babək xəstəxana rəhbərliyinə Rövşənin qohumu olduğunu söyləyib: “Mənə bildirdilər ki, öncə polis əməkdaşlarıyla görüşməli olacam.

Rövşənin vəziyyəti haqda nə həkimə, nə polisə xəbər verilirdi. Xəstəxanaya olunan saysız-hesabsız zənglərə görə telefonlar 2-3 saatlığına bloklanmışdı.
Xarici görünüşüm bir az müasir tərzli olduğu üçün mənim qohumu olduğuna inandılar. Çətin bir prosesdən sonra həkim dedi ki, ciddi bir həyati risk yoxdur. Sevincimi ifadə edə bilmirəm, tez xəbər saldım ki, ölməyib.

Sonra dedilər ki, yanına girə bilərsiz. İçəri girəndə gördüm ki, həkimlər tanımadıqları üçün qarışdırıblar Rövşənlə yanında olan yaxınını səhv salıblar.
Ondan necə olduğunu soruşduqda halsız səslə “Kak brat?" (Qardaş necədir?) deyə məndən soruşdu. Soyuqqanlılığımı itirməməyə çalışdım və tez cavab verdim ki, narahat olma, o da yaxşıdır, amma başqa xəstəxanadadır”.

B.Həsənzadə ordan çıxıb həkimlərə içəridə yatanın Rövşən olmadığını, yanlış məlumat verildiyini deyib: “Orda çalışan bir azərbaycanlı həkim bizə dedi ki, Rövşəni başqa xəstəxanaya köçürüblər və yüksək ehtimalla artıq keçinib. O an dizlərimin bağı çözüldü.

Ordakı azərbaycanlı həkimin köməkliyi ilə bir neçə insanla əlaqə qurduq və nəhayət məlumat ala bildik ki, artıq cəsəd ekspertizadadır. Birbaşa hamımız Yenibosnadakı Tibb Mərkəzinə yollandıq.

Vəziyyət artıq daha da aydın idi. Bir-iki saat sonra cənazəylə bərabər ordan ayrılıb Zeynəbiyyə məscidinə getdik. Orada yuyulma və kəfənlənmə proseduru həyata keçiriləndən sonra cənazə namazı qılındı və doğma vətəninə yola saldıq igidimizi”