backend

Lənkəranskiyə qarşı olan çeçen Əliyev kimdir?- ŞOK!!!

Lənkəranskiyə qarşı olan çeçen Əliyev kimdir?- ŞOK!!!

İstanbulda öldürülən məşhur avtoritet Rövşən Lənkəranski ilə yezidi kürd olan mafiya lideri Zaxar Kalaşov (Şakro Molodoy) arasındakı münaqişə haqda yeni məlumatlar əldə etmişik

Politika.Az Rusiya mediasına istinadən xəbər verir ki, Lənkəranskiyə qarşı cəbhədə “Şakro Molodoy”un çeçen əsilli adamı Gilani Əliyev də iştirak edib.

G.Əliyevin siyasi dairələrdə də nüfuzunun olduğu bildirilir. O, təkcə Çeçenistanın paytaxtı Qroznıda geniş əlaqələrə malik olmayıb, Moskvada da güc sahibi imiş.
“Şakro Molodoy” onun vasitəçiliyi ilə R.Lənkəranskini aradan götürmək planı olub. Məlumatda bildirilir ki, Kalaşovun arzusu baş tutmayıb və Rövşən istirahət adı ilə Rusiyadan çıxaraq Türkiyəyə yollanıb.

“Şakro Molodoy” Lənkəranskiyə qarşı gürcü mafiyasında olan Laşa Rustavski, Dato Ozmanov, İrakli Kaliçanı öz müttəfiqləri sırasına daxil etmək istəyib.

Amma bu dəfə də Kalaşov muradına çatmayıb. Əksinə, Lənkəranski ilə gürcülər arasında normal münasibətlər olub.

Rusiya mediasının yaydığı bu məlumatlar təsdiqləyir ki, Lənkəranskinin qətlində ən çox marağı olan və dəridən-qabıqdan çıxan məhz “Şakro Molodoy” olub.

Qaynarxett.az