backend

TƏCILI: Gəncədə tükürpədən olay: ərinə əsəbləşən qadın iki övladını qətlə yetirdi

TƏCILI: Gəncədə tükürpədən olay: ərinə əsəbləşən qadın iki övladını qətlə yetirdi

Gəncədə tükürpədən olay: ərinə əsəbləşən qadın iki övladını qətlə yetirdi Gəncədə tükürpədən olay: ərinə əsəbləşən qadın iki övladını qətlə yetirdi


Gəncədə iki azyaşlı övladını öldürən 18 yaşlı Sədaqət Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il iyunun 20-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq öldüyünü, digərinin isə ağır vəziyyətdə olduğunu aşkar ediblər. Xəstəxanaya yerləşdirilən digər yaralı uşağa tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Hadisəni törədən Sədaqət Babayeva ilə əri Ramal Əliyevin arasında gərginlik olub. Onlar bir müddət əvvəl boşanmağa qərar veriblər.

Lakin Ramal Əliyev boşanandan sonra uşaqları öz himayəsində saxlayacağını bildirib. Buna görə əri ilə bir neçə dəfə mübahisə edən Sədaqət Babayeva uşaqları öldürmək qərarına gəlib.

Ağır cinayəti törədən zaman Sədaqət Babayevanın cəmi 17 yaşı olub. O, Gəncə sakini Ramal Əliyevlə 13 yaşında ailə qurub. Onların iki uşağı dünyaya gəlib.

Hadisə baş verən gün, iyunun 20-də Ramal həyat yoldaşı ilə dava edib, onu döyüb və sonra işə gedib. Əsəbi qadın isə bıçaqla uşaqları kəsik-kəsik edib. Onun 3 yaşlı uşağı qaçaraq küçəyə çıxıb və qonşular onu xəstəxanaya çatdırıblar. Bir yaşlı uşaq isə ananın əlində ölüb. Sədaqət Babayeva onun boğazını yarıyacan kəsib.

Polis tərəfindən tutulan Sədaqət Babayeva ifadəsində tutduğu əməldən peşman olduğunu deyib.

Sədaqət Babayeva Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədaqət Babayeva 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov