backend

Mehriban Əliyeva gəlir - Nazirlər təşvişdə

Mehriban Əliyeva gəlir - Nazirlər təşvişdə

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezidentliyə ən layiqli namizəddir

Politika.Az xəbər verir ki, bunu ayrı-ayrı hökumət rəsmiləri, siyasi ekspertlər də dilə gətiriblər.
Mehriban Əliyeva gəlir - Nazirlər təşvişdə
Sentyabrın 26-da keçiriləcək referendumdan sonra Konstitusiyaya ediləcək əlavə və düzəlişlərin ən mütərəqqi bəndi vitse-prezidentlik institutunun yaradılmasıdır.
Bu təsisatın yaradılması həm ölkədə islahatların sürətləndirilməsinə xidmət edəcək, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsinə təkan verəcək.
Nazirlər təşvişdə, Mehriban Əliyeva vitse-prezidentlik yolunda
Siyasi şərhçilər də qeyd edirlər ki, vitse-prezidentlik Nazirlər Kabinetinin buraxılması ilə nəticələnə bilər.
Mehriban Əliyeva gəlir - Nazirlər təşvişdə
Deputat Fazil Mustafa da bu variantı istisna etməyib. Nəticədə referendumdan sonra vitse-prezident kimlərin olacağı barədə versiyalar səslənməyə başlayıb.
Hətta hakimiyyət daxilində bəzi qüvvələr arasında rəqabət getdiyi, korrupsioner nazirlərin təlaş içində olduğu xəbər verilir.

Politika.Az-ın verdiyi məlumata görə, təşviş içində olan odioz nazirlər hakimiyyətdən uzaqlaşacağ təhlükəsini hiss edir.
Mehriban Əliyeva gəlir - Nazirlər təşvişdə
Prezident İlham Əliyev də islahatların sürətləndirilməsini məhz özbaşınalığa yol verən məmurlarla vidalaşmaqda və vitse-prezident postuna güvəndiyi kadrları təyin etməkdə görür.

Hakimiyyətdəki etibarlı mənbələrdən sızan xəbərlərdə bildirilir ki, vitse-prezidentliyə ən layiq və uğurlu namizəd kimi M.Əliyevanın adı keçir. Birinci xanımın fəaliyyəti və gördüyü işləri sadalamaq geniş həcmli məqalənin mövzusudur.

Yalnız onu demək olar ki, Azərbaycan xalqının böyük ehtiram və etimad göstərdiyi H.Əliyev Fondunun prezidenti hər zaman vətəndaşların qayğısına qalıb. M.Əliyevanın irəli sürdüyü təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlir.

O, özünü məhz insanlara, ələlxüsus da aztəminatlı insanlara kömək əli uzadanda, ölkəmizin imicinin yüksəlməsi naminə hansısa layihəni həyata keçirəndə, milli mədəniyyətimizi dünya auditoriyasına təqdim edəndə xoşbəxt sanır.

Politika.Az xatırladır ki, millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevanı göstərib:

“Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb.
Ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadınının tanıdılması üçün böyük səy göstərir. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi”.