16 nəfər bir otaqda diri-diri yandı– DƏHŞƏTLİ YANĞIN

hadise 27-08-2016, 15:52
16 nəfər bir otaqda diri-diri yandı– DƏHŞƏTLİ YANĞIN
Moskvanın cənub-şərqində yerləşən bir depoda dəhşətli yanğın baş verib.


Publika.az “TASS”-a istinadən xəbər verir ki, yanğın nəticəsində 16 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva bürosunun açıqlamasında bildirilir ki, yanğınsöndürənlər yanğının qarşısını alıblar: “Yanğınsöndürənlər yanan otaqda həlak olan 16 nəfərin cəsədi ilə qarşılaşıblar”.


Moskva meri Sergey Sobyanin “Twitter” hesabında yanğının səbəblərinin araşdırıldığını yazıb.


Məlumata görə, yanğından 12 nəfər xilas olunub.


“TASS”-a danışan rəsmi mənbə isə bildirib ki, ilkin ehtimala görə, yanğında həlak olan şəxslər depoda işləyən miqrantlardır.
Oxunub: 861
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10