backend

DAHA CİDDİ:Türkiyəyə qarşı böyük müharibə elan edildi – ŞOK PLAN

DAHA CİDDİ:Türkiyəyə qarşı böyük müharibə elan edildi – ŞOK PLAN
Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə Cerablusu İŞİD-dən azad etməsi PKK-nı təşvişə salıb.


Publika.az xəbər verir ki, PKK-nın qərargahı olan Qəndildən terror təşkilatının üzvlərinə “Böyük müharibəyə hazırlaşın” təlimatı gəldiyi deyilir.


PKK “kürd koridoru” layihəsinin baş tutmamasından narahatdır. Terror təşkilatı Türkiyəyə qarşı yeni müharibə elan edib.

Məlumata görə, Qəndil Kobani və Tel Abyad bölgələrində səfərbərlik elan edərək, “Menbiç-Afrin xəttində baş verəcək böyük müharibəyə hazırlaşın” təlimatını verib.

PYD (PKK-nın Suriya qolu) qüvvələrini Kobanidən Settişirin-Münbiç istiqamətinə gətirib. Məlumata görə, aralarında qadın terrorçulardan ibarət olan “YPJ”-nin də olduğu terrorçu qruplar Cerablusun cənubundakı Amame kəndində qərargah qurublar.


Afrin istiqamətinə doğru irəliləyən PYD-nin hədəfi Qandura bölgəsidir. Qanduradan sonra Çobanbey hədəfdə olacaq.


“Yeni Şafak” qəzetinin əldə etdiyi məlumata görə, PYD Menbiç-Cerablus arasında Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün 4 min terrorçunu bölgəyə gətirib.


ABŞ-ın “PYD çəkilir” açıqlaması isə göründüyü kimi, Türkiyənin başını qarışdırmaq məqsədi daşıyır.